Meksika parlamentinin sədri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub16-08-2017, 12:56
Çap et Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, görüşdə Meksika Birləşmiş Ştatlarında akkreditə olunmuş İƏT dövlətləri səfirliklərinin rəhbərləri, həmçinin Meksika Xarici İşlər Katibliyinin yüksək vəzifəli nümayəndələri iştirak edib. Görüş zamanı Meksika ilə İƏT dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları, tərəflər arasında aktual olan digər məsələlər müzakirə olunub. Şuranın sədri, Misir Ərəb Respublikasının Meksikadakı səfiri Yasir Şaban çıxışı zamanı Deputatlar Palatasının sədrinə müraciət edərək İƏT üçün ən yüksək prioritet təşkil edən məsələlərdə Meksika tərəfinin davamlı dəstəyinə ümid etdiyini bildirib və bu prioritetlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də xüsusilə qeyd edib. Xatırladaq ki, İƏT tərəfindən qəbul olunmuş qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü qəti şəkildə pislənir və Azərbaycan Respublikası ərazisinin işğalına son qoyulması tələb olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
