Azərbaycandan Həcc ziyarətinə kvotadan artıq sayda zəvvar gedəcək23-08-2017, 12:34
Çap et Həccə nəzərdə tutulan kvotadan 300 nəfər artıq zəvvar yola düşəcək. Xatırladaq ki, builki kvota 600 nəfər nəzərdə tutulmuşdu. Hazırda isə 900 azərbaycanlı zəvvar ziyarətə hazırlaşır. Qeyd edək ki, ziyarət sabahdan – avqustun 24-dən başlayır. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
