Heqiqet.Az » siyaset » ATƏT Minsk qrupunun ABŞ-lı yeni həmsədri vəzifəsinin icrasına başlayıb


ATƏT Minsk qrupunun ABŞ-lı yeni həmsədri vəzifəsinin icrasına başlayıb

28-08-2017, 18:45
Çap et
ATƏT Minsk qrupunun ABŞ-lı yeni həmsədri vəzifəsinin icrasına başlayıb ABŞ ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə Endrü Şoferi təyin edib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat verir.
Məlumatda qeyd olunur ki, ABŞ Minsk qrupunun işinə sadiq qalır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə kömək göstərməyə davam edir, münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həll yolunu dəstəkləyir və Endrü Şofer tərəflər bu məqsədlərə çatmağa kömək edəcək.
Məlumatda o da qeyd olunur ki, Azərbaycan və Ermənistan hökumətləri səlahiyyətlərinin icrasına başlayan Endrü Şoferin təyinatı haqqında məlumatlandırılıb.
Reytinq: