Heqiqet.Az » iqtisadiyyat » Tərtərdə 3 ulduzlu hotel tikiləcək


Tərtərdə 3 ulduzlu hotel tikiləcək

6-09-2017, 13:22
Çap et
Tərtərdə 3 ulduzlu hotel tikiləcək Tərtərdə 3 ulduzlu hotelin yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu avqustun 31-də Tərtər rayonunda keçirdiyi işgüzar forumda bildirilib.
Belə ki, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması; kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu hotelin yaradılması.
Qeyd edək ki, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Reytinq: