Heqiqet.Az » idman » Azərbaycan UEFA reytinqində irəlilədi


Azərbaycan UEFA reytinqində irəlilədi

13-07-2015, 12:39
Çap et
Azərbaycan UEFA reytinqində irəlilədi UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
I təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.
Azərbaycanın reytinqdəki mövqeyində irəliləyiş olub. Birinci təsnifat mərhələsinin cavab oyununda heç-heçə edən "İnter" və "Neftçi" hərəyə 0,125, "Qəbələ" isə qalib gəlməklə reytinqimizə 0,250 xal qazandırıb.
Bununla da, son 5 mövsümün nəticəsinə əsasən xalını 11,250-yə yüksəldən Azərbaycan reytinq siyahısında 1 pillə irəliləyərək 28-ci yerdə qərarlaşıb. Bu nəticə ilə Azərbaycan Serbiyanı 0,125 xal qabaqlamağı bacarıb.
Qeyd edək ki, siyahıya 84,070 xalla İspaniya başçılıq edir. Almaniya ikinci, İngiltərə isə üçüncü pillədə qərarlaşıb.
Reytinq: