"Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi 7-10 gün çəkəcək" - AÇIQLAMA7-09-2017, 16:41
Çap et Bunu dünya şöhrətli alim Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib. Onun sözlərinə görə, Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi təqribən 16-17 sentyabra gözlənilir: “Sentyabr ayının 6-da, Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 97 yaşında dünyasını dəyişdi. Bütün bu 2 ayı mən onun yanında olmuşam, bir övlad kimi qayğı göstərmişəm. O, sentyabrın 5-ə kimi özünü yaxşı hiss edirdi, hətta bizim onunla birgə layihəmizin üzərində mənə məsləhətlər verirdi, bəzi vacib e-mailləri cavablandırmaq üçün mənə diktə edirdi. Ancaq sentyabrın 5-də Lütfi Zadə danışmadı və bu gün rahat, ağrısız dünyasını dəyişdi. Lütfi məndən xahiş etdi ki, müsəlman qaydası ilə, meyit namazı qılınmaqla basdırılsın”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
