Qurban Qurbanov: "Çelsi" ilə oyunda hücum etməkdən çəkinməyəcəyik12-09-2017, 10:46
Çap et Q.Qurbanov vurğulayıb ki, "Çelsi" dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir: "İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir. Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa “Çelsi”ni təmsil edir". Ağdam təmsilçisinin çalışdırıcısı bildirib ki, Antonio Konte çox ambisiyalı məşqçidir: "İnanmıram ki, o, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, onlar qələbə üçün meydana çıxacaq". Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasında "Qarabağ" Londonda "Çelsi"nin qonağı olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
