Heqiqet.Az » iqtisadiyyat » Azərbaycan-Dünya Bankı əməkdaşlığının 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb


Azərbaycan-Dünya Bankı əməkdaşlığının 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb

19-09-2017, 12:42
Çap et
Azərbaycan-Dünya Bankı əməkdaşlığının 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb Azərbaycan və Dünya Bankı əməkdaşlığın 25 illiyinə həsr olunmuş poçt markasını təqdim ediblər.
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib ki, bu cür markalardan 25 min nüsxə buraxılacaq.
Onun sözlərinə görə, bu markalar Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın rəmzinə çevriləcək.
Daha sonra markanın dövriyyəyə buraxılmasına həsr olunan imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və Dünya Bankını regional direktoru Mersi Tembon imzalayıb.
Reytinq: