Heqiqet.Az » sou » Azərbaycanlı müğənnilərin əsl peşələri: müəllim, həkim, hüquqşünas... - SİYAHI


Azərbaycanlı müğənnilərin əsl peşələri: müəllim, həkim, hüquqşünas... - SİYAHI

22-09-2017, 10:38
Çap et
Azərbaycanlı müğənnilərin əsl peşələri: müəllim, həkim, hüquqşünas... - SİYAHI Onlardan bəzisi ixtisasca həkim, filoloq, bəziləri isə iqtisadçıdır. Söhbət Azərbaycan müğənnilərindən gedir.
Baku.ws-ə istinadən ixtisası fərqli olan müğənnilərin siyahısını təqdim edirik.
Xalq artisti Flora Kərimova 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
Xalq artisti Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Xalq artisti Zülfiyyə Xanbabayeva 1985–ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub
Əməkdar artist Röya Ayxan 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.
Əməkdar artist Baloğlan Əşrəfov 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib.
Əməkdar artist Ədalət Şükürov 1980-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət institununun "Kütləvi tədbirlər rejissoru" fakültəsini bitirib.
Müğənni Aysel Teymurzadə 2001-2005-ci illərdə fortepiano dərsləri alıb. 2004-cü ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında "High School"-a daxil olub. 2004-2005-ci illərdə burada təhsil alıb.
Müğənni Ağadadaş Ağayev 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977-1983).
Müğənni Abbas Bağırov 2000-2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad Kollecində təhsil alıb.
Müğənni və aktrisa Elnarə Xəlilova 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub.
Reytinq: