Qurmanların çox sevdiyi tərəvəz26-09-2017, 16:03
Çap et Birinci Dünya müharibəsi illərində qəhvə ehtiyatlarının tükənməsi Asiya və Afrika ölkələri əhalisini bamya toxumlarından isti içki hazırlamağa məcbur edib. Həmin vaxtdan "bamya qızdırması" dövrü başlanılıb və yerli bazarlarda ilin hər fəslində satılan tərəvəzə çevrilib. İndi onu Amerikadan Avstraliyaya qədər bütün qurmanlar tanıyır. Vegeterianların sevimli yeməyi olan bamya zülal və sellüloza deposu hesab edilir. Tərkibində çoxlu selik olduğuna görə ondan hazırlanan yeməklərə mütləq sirkə, limon suyu və ya pomidor kimi turş tərəvəzlər əlavə edilir. Bamyadan hazırlanan xörəklərin çuqun və ya mis qazanda bişirilməsi kimyəvi reaksiyaya və tərəvəzin rənginin qaralmasına səbəb olur və xörəyin görünüşünü əsaslı şəkildə korlayır. Dölün formalaşmasında əvəzsiz rola malik fol turşusu ilə zəngin olduğuna görə hamiləliyin ilk 12 həftəsində yeyilməsi çox faydalıdır. Bamyanın hər 100 qramının enerji dəyəri cəmi 49 kaloridir və həmin xüsusiyyətinə görə pəhriz tərəvəzi sayılır. Təzə bamya parlaq yaşıl rəngdə, 5-8 santimetr uzunluğunda olur, üzərində kif və qurumuş hissələrə təsadüf edilmir. Vaxtından gec toplanan həmin tərəvəz uzanır, qartlaşır və zərif dadını itirir. Təzə bamyanı soyuducuda polietilen torba içərisində cəmi 2-3 gün saxlamaq mümkündür. Bamyadan kosmetik məqsədlərlə də istifadə etmək olar. Saçların dibini möhkəmlətmək, təbii parlaqlığını bərpa etmək üçün bamya meyvələri doğranır, suda bişirilir, soyuyandan sonra alınan selikli bişirməyə bir neçə damcı limon şirəsi əlavə edilir və saç balzamı əvəzinə istifadə olunur. Kosmetik kremə bamya ekstraktı əlavə olunaraq istifadə edilməsi dərini hamarlaşdırır və sızanaqların əmələ gəlməsinin qarşısını alır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
