Heqiqet.Az » siyaset » MDB-nin xüsusi xidmət orqanlarının nümayəndələri Bakıda


MDB-nin xüsusi xidmət orqanlarının nümayəndələri Bakıda

5-10-2017, 13:15
Çap et
MDB-nin xüsusi xidmət orqanlarının nümayəndələri Bakıda Bakıda MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət və təhlükəsizlik orqanları bölmələrinin nümayəndələrinin VII regional ekspertlər görüşü və MDBDövlətləri Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın genişləndirilmiş plenar iclası keçirilir.
Görüşdə MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət orqanları və təhlükəsizlik orqanlarının nümayəndələri, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər, Ədliyyə nazirlikləri və digər qurumların nümayəndələri iştirak edir.
İlk dəfə bu görüşə BMT Təhlükəsizlik Şurası yanında İŞİD, “Əl-Qaidə” və Taliban terror təşkilatları üzrə monitorinq qrupunun nümayəndələri dəvət olunub.
Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İsmayıl Bağırov DTX rəisi Mədət Quliyevin tədbir iştirakçılarına salamlarını çatdırıb və tədbirin işinə uğurlar arzulayıb.
Reytinq: