Ağabacı Mirzəyeva “Əməkdar müəllim” adına layiq görüldü5-10-2017, 14:58
Çap et Haqqında danışmaq istədiyimiz Ağabacı Mirzəyevanın yeniyetməlik çağlarından ən böyük arzusu müəllim olmaq, bu şərəfli adı daşımaq, onu mənəvi dünyamızın ziya saçanları sırasına yazmaq olubdur. Ağabacı Mirzəyeva Azərbaycan təhsilinin yenidən qurulması ilə əlaqədar müəllim əməyini yüksək qiymətləndirir və yaxşı bilir ki, hər bir pedaqoq məktəbin canı, yeni təfəkkür dünyamızın açarı, qan yaddaşımızın bilicisidir. Bunları əsas götürən Ağabacı müəllimə öz bilik və bacarığını şagirdlərdən əsirgəmir, daim yaradıcı axtarışlar aparıb pedaqoji təcrübəsini zənginləşdirir. İşini yalnız şagirdlərinə Azərbaycan dili və ədəbiyyatı dərslərini tədris etməklə bitmiş hesab etməyən Ağabacı müəllimə həm də ictimai işlərdə fəaldır. Qeyd edək ki, Ağabacı müəllimənin dərs dediyi şagirdlər məktəblilərin fənn olimpiadasının respublika turunda müntəzəm olaraq mükafata layiq yerlər tutur, Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplom və fəxri fərmanları ilə təltif olunurlar. Həmçinin bu günlərdə möhtərəm Prezidentimizin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Bir redaksiya olaraq, Ağabacı müəlliməni “Əməkdar müəllim” adı alması münasibətilə təbrik edir, ona şərəfli işində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq! Qısa tanışlıq:Mirzəyeva Ağabacı Niftulla qızı 1954-cü ildə Bakı şəhərində anadan olub. 1961-ci ildə Xəzər rayonunun Buzovna qəsəbəsindəki 125 nömrəli orta məktəbin 1 sinifinə getmiş, 1971-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1972-ci il-də Bakı Dövlət Universitetinin fiologiya fakültəsinə daxil olmuş, 1976-cı ildə oranı bitirmiş, filoloq - Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələndirmişdir. İstər orta məktəbdə, istər ali məktəbdə oxuduğu müddətdə icti-mai işlərdə fəal iştirak etmişdir İşdədiyi müddətdə Nəsimi rayon metodiki şuranın üzvü, fənn üzrə ştatdankənar metodist, dil komissiyasının üzvü, məktəb metodbirləşməsinin sədri, TQDK-nın fənn üzrə işçi qrupunun ekspert üzvü kimi fəaliyyət göstərmişdir. Azərbaycan dili və ədəbiyyat müəllimi kimi qəzet və jurnallarla əməkdaşlıq etmiş, çoxlu təşəkkür almış, diplom və fəxri fərmanlara layiq görülmüşdür. 2007-ci ildən Tahir Həsənov adına 23 nömrəli orta məktəbdə tədris işləri üzrə direktor müavini təyin olunmuşdur. Hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Ağabacı xanım 41 ilə yaxındır ki, təhsil sahəsində çalışır. 1976-1977-ci tədris ilindən Xəzər rayonunun 13 sayiı internat məktəbində, 1988-1989-cu tədris ilindən Nəsimi rayonu 9 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2007-2008-ci tədris ilindən qabaqcıl işlərinə görə 23 nömrəli məktəbə direktor müavini seçilmiş, ali kateqoriyalı müəllimdir. İki dəfə "İlin ən yaxşı müəllimi" (1996-1997, 1997-1998), "İlin ən yaxşı pedaqoji mühazirəsi" (1996-1997) qalibi adına layiq görülmüşdür. Müsabiqə qalibi kimi haqqında oçerk çəkilib, tədbirləri televiziya vasitəsilə işıqlandırılıb. Tez-tez təhsilə dair verilişlərdə çıxışları, müsahibələri olub. Nəsimi rayonunun fənn üzrə ştatdankənar metodisti, metodşuranın üzvü, dil komissiyasınm üzvü kimi fəaliyyət göstərmişdir. Şagirdləri dəfələrlə olimpiadalarda, inşa və şeir müsabiqələrində birincilik qazanıblar. Işlədiyi müddətdən bu günə kimi Fəxri fərmanlara, diplomlara, təşəkkürnamələrə, sertifıkatlara, təbriknarnələrə, Beynəlxalq Diplomlara layiq görülmüşdür. Məsələn: 08-15.12.2015 "Təhsil problemləri" qəzetində "Cəmiyyətin gələcəyi müəllimlərin əlindədir" (F.İbrahimova), "Əsgərə məktub" layihəsində "Xalq-ordu", "Ordu xalq" birliyinin möhkəmləndirilməsində fəal-lığına görə 10 avqust 2016-cı II "Fəxri Fərmar”la təltif olunub: 109 NQ-li hərbi hissənin komandiri general-leytenant Rövşən Əkbərov. Hər il Heydər Əliyevin doğum və vəfat günlərində məruzələrlə çıxış etmişdir. TQDK-da 1994-cü ildən fəaliyyət göstərmiş, ilk test müəlliflərindən olmuş, seminarlarda iştirak etmiş, ekspert ko-missiyasnın üzvü kimi fəaliyyət göstərmişdir, "Abituriyent" jurnalında fənn üzrə çıxan testlərin müəlliflərindən biri olub. Mətbuatda fənnə dair məqalələri, jurnallarla fəal əməkdaşlığı, rəyçi olduğu elmi-metodik kitablarda adı var. ... "Vektor" Beynəlxalq Elm Mərkəzinin təşəbbüsü ilə "XXI əsr Azərbaycan maarifçiləri" kitabına adı düşüb və Beynəlxalq Diploma la-yiq görülmüşdür. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunda elmi-praktik konfranslarda materiallarla çıxış etmişdir. Pedaqogikaya dair seminar-müşavirədə 2006-2007-ci tədris ilin-də "Təhsil-təlim pedaqoji prosesin ayrılmaz tərkib hissəsi kimi", "Təlimin formalan" məruzələri ilə çıxış etmiş, interaktiv təlim metodu ilə dediyi dərslər mətbuatda, jurnallarda, kitablarda öz əksini tapıb. Təcrübəçi tələbələr onun dərs metodu haqqında ürək sözlərini yazıblar. Keçirdiyi ədəbi-bədii gecələr, ədəbi ekskursiyalar, ədəbi disputlar, oxucu konfransları həm televiziyada, həm də mətbuatda işıqlandırılıb. Heqiqet.az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Qısa tanışlıq: