XİN: Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes-forumu əməkdaşlığın inkişafına əlverişli imkanlar yaradacaq19-10-2017, 12:16
Çap et Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası və üzv dövlətlərlə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin institusional əsasda inkişafı üçün mühüm çərçivə rolu oynadığı diqqətə çatdırılıb. Son dövrlərdə Azərbaycana Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının artması və birbaşa aviareyslərin açılması müsbət inkişaf kimi xüsusi olaraq qeyd olunub və bu istiqamətdə birgə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb. 19-20 oktyabr tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes-forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağına əminlik ifadə olunub. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
