Heqiqet.Az » sehiyye » Baş epidemioloq: Azərbaycanda qrip epidemioloji həddi keçməyib


Baş epidemioloq: Azərbaycanda qrip epidemioloji həddi keçməyib

8-11-2017, 12:25
Çap et
Baş epidemioloq: Azərbaycanda qrip epidemioloji həddi keçməyib Azərbaycanda insanlar arasında qripə yoluxma halları olsa da, xəstələnmə halları epidemioloji həddi keçməyib.
Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
O qeyd edib ki, ölkədə qriplə xəstələnmə halları az qeydə alınır: "Qrip bütün dünyada var, o cümlədən də Azərbaycanda. Amma ölkəmizdə nə qrip, nə də qripə bənzər xəstəliklərlə yoluxma epidemioloji həddi keçməyib. Əgər hər 1000 nəfərdən 10-u qripə yoluxubsa, bu, adi haldır. Bundan xoflanmaq lazım deyil. Bu xəstəliyin Azərbaycandan da çox yayıldığı ölkələr var".
Azərbaycanda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparıldığını deyən baş epidemioloq əlavə edib ki, ölkəmizdə qriplə xəstələnmə epidemioloji həddi keçmədiyi üçün Səhiyyə Nazirliyi tərəfindən qripə qarşı peyvənd işi aparılmır və buna hazırda ehtiyac yoxdur: "Qripə qarşı peyvənd olunmaq istəyənlər özəl müəssisələrə müraciət edə bilərlər".
Reytinq: