İçin və arıqlayın: yay içkiləri - SİYAHI16-07-2015, 19:29
Çap et Aile.lent.az yay aylarında sağlam şəkildə və tez bir zamanda arıqlamanıza kömək edəcək yay içkilərini təqdim edir. Evdə hazırlaya biləcəyiniz, maddələr mübadiləsini sürətləndirən təbii qidalardan ibarət yay içkilərini təqdim edirik. Yağsız süd Südün yağ nisbəti dəyişdiyində tərkibindəki kalsium miqdarı dəyişmir. Hər səhər içəcəyiniz bir stəkan süd sizi tox tutaraq, gündəlik protein ehtiyacınızı qarşılayacaq. Südün tərkibindəki vitaminlər və CLA-nın (konjuge linoleik turşusu) yağ yandırdığı təsdiqlənib. Alma sirkəsi Bir çox pəhrizin vazkeçilməzi olan alma sirkəsi toxluq hissini uzadaraq yemək istəyini öldürür və qan şəkərini tənzimləyir. Alma sirkəsi mütləq su ilə qarışdırılaraq içilməlidir. Bir stəkan ilıq suya 1 çay qaşığı alma sirkəsi əlavə edib hər səhər, ya axşam için. Mədə problemi olanlar həkimlə məsləhətləşmədən içməsin. Darçın suyu Antioksidanlarla zəngin olan darçın bədənin şəkər ehtiyacını qarşılayaraq, daha tez arıqlamanıza kömək edəcək. Şəkər istəyinizi də əngəlləyir. 0.5-1 qr darçın tozunu qaynamış suyun içinə əlavə edib 15 dəqiqə dəmləyin. Gündə 3-4 dəfə için. Çubuq darçınla hazırladığınız içkinin içinə bir neçə ədəd təzə qərənfil toxumu da ata bilərsuz. Yaşıl çay Elmi araşdırmaların da dəstəklədiyi yaşıl çayın faydalarını bilməyən yoxdur. Yağ yanmasını tezləşdirdiyi kimi qarın bölgəsini də düzləşdirən yaşıl çay arıqladan yay içkiləri sırasında birincidir. Gündə bir neçə fincan için. Qreypfrut suyu Həzmi uzun çəkən, bol miqdarda lif tərkibli olan qreypfrutun kalori dəyəri və enerjisi olduqca aşağıdır, su tərkibi yüksəkdir. Tox olmanıza kömək edir. Hər gün 1 ədəd qreypfrut yeyə bilərsiz. Tox qarına və yeməkdən sonra qreypfrut suyu içsəniz, maksimum fayda qazanmış olarsız. Günorta və axşam qreypfrutu salatın içinə qatın. Yeməkdən sonra doğrayıb meyvə olaraq da yeyə bilərsiz. Qəhvə Maddələr mübadiləsini sürətləndirərk, yağ yanmasına kömək edir. Şəkərsiz və əlavə kalorisiz olan qəhvə pəhrizə dəstək olaraq arıqlamanızı təmin edəcək. Gündə 1 stəkandan çox içməyin. Çox içsəniz, sellülitə səbəb olar. Fərizə Əhmədova Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
