Deputat: Açıq məkanlarda sosial reklamların verilməsinə böyük ehtiyac var17-11-2017, 13:51
Çap et Bu gün Azərbaycanda açıq məkanlarda, avtomagistrallarda sosial reklamların verilməsinə böyük ehtiyac var.Bunu Milli Məclisin deputatı Elmira Axundova parlamentin bu gün keçirilən plenar iclasında deyib. E.Axundova bildirib ki, açıq məkanlarda, avtomagistrallarda və digər açıq məkanlarda çoxlu böyük reklam bannerlərinə rast gəlirik: “Lakin təəssüflər olsun ki, bu bannerlər ya şou xarakterlidir, ya da hansısa ərzağın reklamıdır. Ancaq şəhidlərimiz, qəhrəmanlarımız, hərbi vətənpərvərlik barədə heç bir plakat yoxdur”. Deputat bildirib ki, Böyük Vətən müharibəsi zamanı bu cür plakatlar əhalidə böyük ruh yüksəkliyi yaratmışdı: “Bu gün Azərbaycan müharibə şəraitində olan bir ölkədir və bizim də bu cür plakatlara böyük ehtiyac var. Təklif edirəm ki, “Reklam haqqında” qanuna dəyişiklik edilsin ki, hərbi vətənpərvərlik mövzusunda banerlər reklam sayılmasın. Belə olan halda hərbi mövzuda plakatlar geniş yayılacaq. Sosial reklamlarla bağlı da qanuna dəyişiklik oldu, ancaq yenə də sosial reklamlar zəifdir və ümumi reklam bazarında bu cür reklamlar çox azdır”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu gün Azərbaycanda açıq məkanlarda, avtomagistrallarda sosial reklamların verilməsinə böyük ehtiyac var.