Deputat: NATO-nun Azərbaycana münasibəti tərəfdaşlıq və əməkdaşlıqda özünü göstərir24-11-2017, 11:45
Çap et Bu barədə millət vəkili Fərəc Quliyev deyib. Millət vəkili bildirib ki, bu münasibət tərəfdaşlıq və əməkdaşlıqda özünü göstərir: "Azərbaycanın NATO tərkibində Əfqanıstanda fəaliyyət göstərməsi, Qərb dəyərlərinə üstünlük verməsi NATO-da Azərbaycan haqqında oturuşmuş bir imic formalaşdırıb. Və hesab edirlər ki, Azərbaycanla münasibətlər çox yüksək səviyyədə qalmalıdır". F.Quliyevin sözlərinə görə, bəzi Qərb ölkələri Azərbaycan - NATO, Azərbaycan - ABŞ, Azərbaycan - Aİ münasibətlərini pozmaq istəyirlər: "Amma göründüyü kimi, hər iki tərəf sayıqdır, səmimi münasibətlər qorunur, Azərbaycana böyük etimad göstərilir. Prezident İlham Əliyevin NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı dövlət başçısının nüfuzundan irəli gəlir". Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
