Robot yosunlar insanları müalicə edəcək1-12-2017, 09:47
Çap et Yüksək dəqiqliklə məsafədən idarə olunan robotlar maqnit nanozərrəcikləri ilə örtülmüş mikroskopik yosunlardan ibarətdir. Robotların harada yerləşdiklərini onları skan etdikdə anlamaq mümkündür. Belə ki, yosunlar dərinin səthinə yaxın olduqda işıqlanır, toxumalarda olduqda isə yardıma MRT gəlir. Siçovullar üzərində sınaqlar zamanı məlum olub ki, robotların vəziyyətini maqnitlərdən istifadə edərək dəyişmək mümkündür. Robotlar qan, mədə şirəsi və digər bioloji mayelərdə sərbəst hərəkət edir. Alimlərin sözlərinə görə, robot yosunlardan dərmanların çatdırılması üçün istifadə etmək olar. Laboratoriya sınaqları çərçivəsində qurğular parçalanma zamanı aktiv birləşmələri öz mərkəzindən ayırıblar ki, bu da xərçəng hüceyrələrinə hücum etməyə imkan verib. Bununla belə, robotların parçalanma sürəti örtüyün qalınlığının dəyişməsi hesabına tənzimlənir. Robotlar, həmçinin orqanizmin daxilində anomal kimyəvi dəyişiklikləri tutan diaqnostik vasitə ola bilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
