Hamiləlikdə saç boyamaq zərərlidir?21-07-2015, 16:50
Çap et Saç boyanması zamanı sadəcə az miqdarda dəriyə daxil olması hamiləliyə təhlükə yaratmasa da, ehtiyatlı olmaq lazımdır. Bir çox həkim məsləhət görür ki, hamiləliyin ilk üç ayında qalıcı boyalardan istifadə olunmasın. Qalıcı saç boyalarının tərkibində güclü kimyəvi maddə olan ammonyak var. Saç boyanarkən boyanın ətrini udmaq inkişafda olan uşağa böyük zərər verə bilər. Buna görə də ammonyak tərkibli boyalarda istifadədən uzaq durmaq lazımdır. Saç düzləşdirməsi zamanı bəzi kimyəvi maddələr nəfəs yolu ilə bədənə daxil ola bilər. Yarı qalıcı boyalar və refle hamilələr üçün daha etibarlıdır. Refle aliminium kalka ilə saça sarıldığı üçün dəriyə təması olmur. Hamiləlik zamanı etibarlı saç boyama üsullarından biri bitki köklü xınalardır. Diqqət edilməsi lazım olan məsələlər: 1. Hamiləliyin ilk üç ayında saç boyama, saçın rənginin açılması, düzləşdirmə edilməməlidir. 2. Saç üçün edilən baxım havalandırma sistemi daha yaxşı olan yerdə edilməlidir. 3. Prosedurdan əvvəl və sonra lazımsız yerə salonda durmağa gərək yoxdur. 4. Saça vurulan kimyəvi maddələr lazım olan vaxtdan artıq gözlədilməməlidir. 5. Prosedurdan sonra baş dərisi bol su ilə durulanmalıdır. Kimyəvi maddələrdən istifadə edərkən əlcək geyinilməlidir. 6. Maddələrdən istifadə qaydaları diqqətlə oxunub əməl olunmalıdır. Həssas və allergiyası olan şəxslər kimyəvi maddələrdən istifadə etmədən öncə allergiya testi olunması məsləhətdir. Yarı qalıcı boyalar Bu boyalar həm qadınlar, həm də kişilər tərəfindən istifadə oluna bilər. Saçlardakı ağ tükləri asanlıqla örtür və digər rəng fərqliliklərini aradan qaldırır. Dörd və ya beş dəfə yuyulmadan sonra axıb gedərək təsirini itirir. Saç rəngini açmaqda deyil, amma açıq və tünd rəngli kölgə etmək üçün boyaya ammonyak və ya peroksid tərkibli maddə əlavə oluna bilər. Şampunla ən az 10 dəfə yuyulduqdan sonra saçınız əvvəlki rənginə geri qayıdacaq. Refle Refle ilə sadəcə saçın istədiyiniz bir hissəsi boyanır. Müxtəlif tonlarda saçlar üzərinə bərabər olaraq kiçik hissələrlə, saçın 1 ilə 6 tonu arasında saça həcm, parlaqlıq, dolğunluq vermək məqsədi ilə edilən rəngləndirmədir. Saç uclarındakı rəngi açmaq üçün xüsusi kiçik deşikli başlıqlardan istifadə olunur. Saçlar bu deşiklərdən çıxarılır və boyanır. Refleli saçlar üçün qaydalar Saçlarınız tünd sarı və ya qəhvə rəngindədirsə, refle üçün qızılı və ya məxməri rəngi seçin. Qumralsınızsa, yenə qızılı və ya çiyələk rəngi seçin. Reflelərinizi bir-birinə çox yaxın yerləşdirməməyə çalışın. Dərininizin rəngini daha açıq göstərmək üçün saçın önünə bir refle əlavə edin. Saçınızı daha dolğun göstərmək üçün reflelərinizi saç kəsiminiz yönündə fırçalayın. Saçınızı daha incə göstərmək üçün reflenizi qarışdıraraq darayın. Qat-qat kəsimi refleli saçlar üçün ən uyğun stildir. Saçlarınız tez-tez nəmləndirin, lakin isti yağlardan istifadə etməyin. Bu, saçların rəngini açır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
