Peruda beynəlxalq sərgidə Azərbaycan təqdim olunub18-12-2017, 11:33
Çap et Azərbaycanın Meksikadakı səfirliyinin Lima şəhərindəki ofisindən verilən məlumata görə, tədbir-sərgi Milad bayramı və müxtəlif ölkələrin ən təntənəli keçirilən ənənəvi bayramlarına həsr edilib. Azərbaycan tədbirdə ənənəvi Novruz bayramının təqdimatı ilə təmsil olunub. Sərginin bir həftə ərzində davam etməsi nəzərdə tutulub. Bu zaman ərzində sərginin çoxsaylı qonaqları nümayiş olunan digər bayramlarla yanaşı, Novruz bayramının tarixi, ənənələri, bayram süfrəsi ilə tanış ola biləcəklər. Açılış günü tədbirdə Perunun birinci xanımı N.Lange, Hökumət üzvləri və ölkənin digər yüksək vəzifəli şəxsləri, diplomatik korpusun nümayəndələri və çoxsaylı KİV nümayəndələri iştirak ediblər. Tədbir yerli televiziya və radio kanallarda geniş işıqlandırılıb. Tədbirin qonaqları YUNESKO-nun qeyri-maddi sərvətləri siyahısına daxil olan məşhur bayramların ənənələri və rəngarəng atributları ilə tanış olmaq imkanı əldə ediblər. Sərginin açılışından sonra Prezident sarayının baş meydanında təntənəli konsert keçirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
