Demo Sayt » dunya » BƏƏ İranla hava əlaqəsini dayandırır - Biletlərin pulu qaytarılır


BƏƏ İranla hava əlaqəsini dayandırır - Biletlərin pulu qaytarılır

20-12-2017, 12:01
Çap et
BƏƏ İranla hava əlaqəsini dayandırır - Biletlərin pulu qaytarılır Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əbu-Dabi ilə Tehran arasında hava əlaqəsini dayandırır.
"Etihad Airways” aviaşirkəti 2018-ci ilin yanvarın 23-dən sonrakı tarixə alınan biletlərin pulunu sərnişinlərə qaytarıb.
Bundan başqa, dekabrın 25-dən yanvarın 23-dək olan müddətdə Əbu-Dabi ilə Tehran arasında uçuşlar həftədə beş dəfədən 2 dəfədəyək azaldılacaq.
Qeyd edək ki, bir müddət əvvəl BƏƏ İranı regionda qeyri-sabitlik yaratmaqda və kiberhücumlar həyata keçirməkdə ittiham etmişdi.
Reytinq: