Kamran Ağayevin yeni klubu məlum oldu26-12-2017, 12:54
Çap et Azərbaycan millisinin qapıçısı Kamran Ağayev gözlənildiyi kimi, paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirib. Baş məşqçi postuna Yuri Maksimovu gətirən və ardından "Neftçi"dən Məqsəd İsayevi transfer edən "Keşlə"nin Çexiya klubu "Mlada"dan ayrılan Ağayevlə anlaşması cari mövsümün sonuna qədər nəzərdə tutulub. Bu isə o deməkdi ki, 31 yaşlı qolkiper 2015-ci ilin yanvarından bəri bir klubda 6 ay oynamaq ənənəsini davam etdirib. İki il əvvəl "Qəbələ"dən "Kayserispor"a keçən Kamran həmin vaxtdan bəri, demək olar ki, hər transfer dönəmində klubunu dəyişib. Ağayev son 3 il ərzində 6-cı dəfə yeni komanda ilə müqavilə imzalayıb. Qapıçı buna qədər müvafiq olaraq "Kayserispor", "Karşıyaka", "İnter" (hazırkı "Keşlə"), "Boavişta" və "Mlada"da qısamüddətli macəra yaşayıb. Ağayevlə yanaşı, Çexiya klubu "Fastav"dan ayrılan argentinalı yarımmüdafiəçi Pablo Podionun da karyerasını "Keşlə"də davam etdirəcəyi dəqiqləşib. Cari mövsümün əvvəlində "Podbrejova"dan "Fastav"a keçən 28 yaşlı orta sahə oyunçusu yanvarın əvvəllərində bakılıların hazırlığına qoşulacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
