Heqiqet.Az » tehsil » Təhsil Nazirliyi hökumətə kadr hazırlığı ilə bağlı yeni təkliflər təqdim edəcək


Təhsil Nazirliyi hökumətə kadr hazırlığı ilə bağlı yeni təkliflər təqdim edəcək

26-12-2017, 13:05
Çap et
Təhsil Nazirliyi hökumətə kadr hazırlığı ilə bağlı yeni təkliflər təqdim edəcək Təhsil Nazirliyi (TN) 2018-2019-cu tədris ilində ali, orta ixtisas və peşə təhsili sistemində texnoloji sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.
Bunu təhsil naziri əvəzi Ceyhun Bayramov "Elektron təhsil" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.
O bildirib ki, həm peşə, həm orta ixtisas, həm də ali təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin görülməsi məqsədilə TN-də işçi qrupu yaradılıb: "Artıq 2018-2019-cu tədris ilində bu sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək. Əminəm ki, Nazirlər Kabineti də buna müsbət rəy verəcək".
C.Bayramov bildirib ki, bilik iqtisadiyyatı ölkələrin inkişafını şərtləndirən amillərdəndir.
Hazırki dövrdə iqtisadiyyatın inkişafı üçün hazırlıqlı gənclərin hazırlanmasının çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan nazir müavini əlavə edib ki, İKT biliklərinin şagirdlərə verilməsi, eyni zamanda, istedadlı uşaqların aşkarlanması üçün bir çox layihələr həyata keçirilir: "Son illər ərzində dünya fənn olimpiadalarına hazırlıq məqsədilə Fənn Olimpiadalarına Hazırlıq mərkəzləri yaradılıb. Yalnız bu il ərzində 30 mindən çox şagird fənn olimpiadalarının seçim turunda iştirak edib".
Reytinq: