Heqiqet.Az » maraqli » Tolyattidəki zəmidə "uçan boşqab"ın izləri tapılıb - VİDEO


Tolyattidəki zəmidə "uçan boşqab"ın izləri tapılıb - VİDEO

23-07-2015, 11:55
Çap et
Tolyattidəki zəmidə "uçan boşqab"ın izləri tapılıb - VİDEO Rusiyanın Samara vilayəti ərazisində, Tolyatti ətrafındakı Cənub şosesinin kənarında olan qarabaşaq zəmisində sirli dairələr aşkarlanıb.
İKT.lent.az-ın “news.ru” saytına istinadən verdiyi məlumata görə, iyulun 22-də yerli sakinlər zəmidə böyük dairələr və xətlər görüb. Sakinlər bunun naməlum uçan obyektin izləri olduğunu bildirir.
“Kosmopoisk” beynəlxalq elmi-tədqiqat birliyinin rəhbəri Vadim Çernobrov Tolyattidəki piktoqramların mənşəyini araşdıracaqlarını deyib: “Yerli qrupumuz artıq ərazinin tədqiqatını aparır və bizə nümunələr göndərir. Yaxın vaxtlarda bu barədə rəyimizi bildirəcəyik”.
Qeyd edək ki, 60 santimetrdən yarım metrə qədər diametrə malik dairələri bir-biri ilə xətlər birləşdirir. Bunu insan əməli sayanlar da az deyil.
Maraqlıdır ki, eyni yerdə düz 10 il əvvəl də analoji hadisə baş verib. 2005-ci il iyulun 22-də sakinlər eyni yerdə sirli dairələr əmələ gəldiyini görüblər.

Reytinq: