Heqiqet.Az » hadise » Avtomobildən külli miqdarda narkotik maddə aşkarlanıb - Cəlilabadda


Avtomobildən külli miqdarda narkotik maddə aşkarlanıb - Cəlilabadda

15-01-2018, 13:58
Çap et
Avtomobildən külli miqdarda narkotik maddə aşkarlanıb - Cəlilabadda Salyan sakininin avtomaşınından külli miqdarda narkotik maddə aşkarlanıb.
Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Cəlilabad Rayon Polis Şöbəsi və DTX-nın rayon şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə şəhər ərazisində Salyan rayon sakini Qismət Feyziyevin idarə etdiyi "VAZ-21074” markalı avtomobilə baxış keçirilib. Bu zaman yük yerində 4 kiloqram heroin, 1 kiloqram tiryək, 1970 ədəd metadon, 170 blok "NZ” və 214 blok "Manchester” markalı tütün məmulatları aşkar edilərək götürülüb.
Sürücü və avtomobildə olan sərnişinləri - Yardımlı rayon sakinləri Hikmət Hüseynov, Mərhəmət Behbudov və onun qardaşı Hikmət saxlanılıblar.
Reytinq: