Heqiqet.Az » sosial » Bakı Metropoliteni 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planının icrasına başladı


Bakı Metropoliteni 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planının icrasına başladı

17-01-2018, 14:05
Çap et
Bakı Metropoliteni 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planının icrasına başladı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, artıq tədbirlər planı təsdiqlənib və 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə start verilib:
"Hər il olduğu kimi, bu il də yanvarın 20-də bütün metro stansiyalarında qərənfillər düzüləcək. Stansiyalarda matəm musiqiləri səslənəcək. Qatarlarda stansiyalar barədə məlumatlar maşinist tərəfindən səsləndiriləcək. Metronun "20 Yanvar" stansiyasında isə 20 Yanvar hadisələrini əks etdirən xüsusi kompozisiya nümayiş olunacaq".
N.Paşayev bildirib ki, yanvarın 20-si saat 12:00-da bütün qatarlar hərəkəti dayandıracaq və bir dəqiqəlik siqnal verəcək.
Reytinq: