Heqiqet.Az » siyaset » Avroparlamentari: Azərbaycanla Aİ arasında hərtərəfli saziş tam dəstəyə layiqdir


Avroparlamentari: Azərbaycanla Aİ arasında hərtərəfli saziş tam dəstəyə layiqdir

23-01-2018, 12:56
Çap et
Avroparlamentari: Azərbaycanla Aİ arasında hərtərəfli saziş tam dəstəyə layiqdir Azərbaycan bir çox istiqamətlərdə Avropa İttifaqının (Aİ) strateji tərəfdaşıdır.
Bunu Avropa Parlamentinin beynəlxalq ticarət komitəsinin iclasında çexiyalı avroparlamentari Yan Zahradil deyib.
Azərbaycanla Aİ arasında hərtərəfli saziş barəsində danışan Y.Zahradil bildirib ki, bu sənəd tam dəstəyə layiqdir.
O həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mürəkkəb vəziyyətini də qeyd edib: “Gəlin, səmimi olaq. Bu ölkəyə qarşı hər zaman ədalətlə yanaşmayıblar”.
Reytinq: