2050-ci ilə qədər dünya əhalisinin... - ŞOK STATİSTİKA29-01-2018, 11:04
Çap et 2050-ci ilə qədər əhalisinin sayı ən çox azalacaq ölkələrin adları açıqlanıb.XəzərXəbər xəbər verir ki, siyahı Birləşmiş Millətlər Təşkilatının proqnozları əsasında tərtib edilib. Siyahıya dünya ölkələrindən Serbiya, Bolqarıstan, Ukrayna, Rumıniya, Moldova, Latviya, Litva və Xorvatiyanın adı daxil edilib. Proqnozlara görə, ötən il üçün dünya əhalisinin sayı 7,6 milyard olub. Bu isə o deməkdir ki, hər il dünya əhalisinin sayı 83 milyon nəfər artır. Siyahıya görə, ötən il 7 milyon vətəndaşı olan Bolqarıstan əhalisinin sayı 2050-ci ildə 5,4 milyon nəfər azalacaq. Latviyada 1,9 milyondan 1,5 milyona, Litva üçün isə bu göstəricilər 2,8 milyon nəfərdən 2,4 milyon nəfərə qədər azalacaq. Hazırda Polşa əhalisinin sayı 38,1 milyon olduğu halda 2050-ci il üçün göstəricilərin 32,3 milyona düşəcəyi proqnozlaşdırılır. Rumıniyada 19,6 milyondan 16,3 milyona, Serbiyada 8,7 milyondan 7,4 milyona, nəhayət, Ukraynada isə əhalinin sayı 41,2 milyondan 36,4 milyon nəfərə qədər azalacaq. BMT-nin hesablamalarına görə, ötən il üçün qeydə alınan nəticələrə görə, əhalisinin sayı 143,9 milyon nəfər olan Rusiya 2050-ci ildə 133 milyon nəfərə qədər azalacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

2050-ci ilə qədər əhalisinin sayı ən çox azalacaq ölkələrin adları açıqlanıb.