Şahin Mövsümov Gürcüstanın Baş naziri və Tbilisi meri ilə görüşdə iştirak edib2-02-2018, 11:13
Çap et Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, regional inkişaf və infrastruktur naziri Zurab Alavidze, kənd təsərrüfatı naziri Levan Davitaşvili və paytaxt meri Kaxaber Kaladzenin də qatıldığı tədbir yanvarın 31-də keçirilib. Görüş zamanı Gürcüstanda özəl sektor üçün yaradılmış şərait müzakirə olunub, ölkədə fəaliyyət göstərən aparıcı şirkətlər Gürcüstanın biznes mühitinin müxtəlif komponentlərini - makroiqtisadi mühit, məhkəmə sistemi, hüquqi çərçivə, vergi mühiti və əmək bazarını qiymətləndirib. Baş nazir G.Kvirikaşvili assosasiya üzvləri qarşısında çıxış edərək Gürcüstanın 2017-ci ildə ümumi makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsul, beynəlxalq ticarət, ixrac dəyərləri barədə müsbət nəticələr əldə olunması barədə məlumat verib. Ş.Mövsumovla Baş nazir G.Kvirikaşvilinin görüşü zamanı Azərbaycan və Gürcüstan arasında son zamanlar biznes münasibətlərindəki inkişaf barədə danışılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
