Bu il keçiriləcək qəbul və buraxılış imtahanlarının tarixləri elan olundu6-02-2018, 16:58
Çap et Dövlət İmthan Mərkəzindən verilən məlumata görə, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq. Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcək. Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində təşkil olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
