2021-сi ildən Qazaxıstan pasportları latın qrafikası ilə hazırlanacaq13-02-2018, 10:55
Çap et Bunu Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Erlan Kojaqapanov deyib. O bildirib ki, artıq latın əlifbasına keçidlə bağlı plan hazırlanıb: "2021-2023-cü illərdə Qazaxıstan vətəndaşı olan şəxslərə məxsus pasportların, şəxsiyyət vəsiqələrinin və dövlət dilində digər sənədlərin latın qrafikası əsasında hazırlanması nəzərdə tutulub. Bundan başqa, 2024-2025-ci illərdə yerli icra hakimiyyəti orqanlarının, dövlət kütləvi informasiya vasitələrinin və dövlət çap nəşrlərinin mərhələli şəkildə latın əlifbasına keçirilməsi planlaşdırılır". Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb. 1929-1940-cı illərdə Qazaxıstan latın əlifbasından istifadə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
