Məmmədyarov: Azərbaycan qonşularla, xüsusilə Rusiya ilə strateji münasibətlərin inkişafına böyük əhəmiyyət verir14-02-2018, 13:43
Çap et Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində rəsmi Bakı ilə Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq sazişinin Azərbaycan-Moskva əlaqələrinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib. Nazir qeyd edib: "Ümumilikdə biz Rusiya ilə siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafında əldə olunan mühüm nəticələrdən məmnunuq". E.Məmmədyarov bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq da qarşılıqlı hörmət və qarşılıqlı səmərəli iş birliyi əsasında inkişaf edir: "Aİ ilə münasibətlərin inkişafına böyük diqqət ayrılır. Hərçənd Azərbaycan-Rusiya və Azərbaycan-Aİ münasibətləri müxtəlif müstəvilərdə inkişaf edir və ilk növbədə xalqlarımızın rifahına xidmət edir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
