Heqiqet.Az » sehiyye » Bacarıqlı səhiyyə işçisi


Bacarıqlı səhiyyə işçisi

14-02-2018, 15:04
Çap et
Bacarıqlı səhiyyə işçisi Sücəddin Əbdülov: «Azərbaycanın son illərdəki möhtəşəm inkişafı İlham Əliyevin adı ilə bağlıdır»

Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Son 13 ildə Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın ən yüksək zirvələri fəth etməsini stimullaşdırır. Prezident kimi fəaliyyətə başladığı gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan cənab İlham Əliyev «Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm» söyləyərək, bu vədini əməli işi ilə təsdiqləyib. Ötən illər ərzində görülən işlər, qazanılan uğurlar cənab prezidentin uğurlu siyasət yürütdüyünü bir daha təsdiq edir.
Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan Zona üzrə Uşaq Reanimasiya Şöbəsində 23 il şöbə müdiri işləmiş, ali dərəcəli sertifikat almış revmotoloq, Uşaq Xəstəxanasının həkimi Sücəddin Əbdülov da ölkə prezidentinin apardığı siyasətin müstəqil ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Bu münasibətlə o, deyir ki, hər bir ölkə beynəlxalq siyasi proseslərə qoşulmaqla özünün inkişaf perspektivlərini prioritet mərhələyə çatdırmaq istəyir. Azərbaycan Respublikası da bu qəbildə öz dövlətçilik ənənəsini və milli-genetik xüsusiyyətlərini təzahür etdirməklə, dünyadakı yerini möhkəmlətmək əzmindədir. Ölkəmizdəki mövcud siyasi vəziyyət sübut edir ki, müstəqil Azərbaycan cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində öz qurucusunun ideyalarını layiqincə həyata keçirmək gücünə malikdir. Sevindirici haldır ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında siyasi qloballaşmada milli özünüdərkə, adət-ənənə prinsiplərinə, ləyaqət, qürur hisslərinə daha ətraflı və əhatəli yanaşmaqdadır. Bu mənada da xalqımız hər zaman Azərbaycana müstəqillik, müasirlik bəxş edən ümummilli lider Heydər Əliyevə minnətdar olacaqdır. Çünki onun qurduğu və müasir tempə sığışdırdığı sağlam siyasət bu gün Azərbaycanımızı bütün təzyiq və təsirlərdən qoruyur.
Sücəddin həkim onu da vurğulayır ki, Azərbaycanın son on üç ildə müşahidə etdiyimiz möhtəşəm, əzəmətli inkişafı cənab İlham Əliyevin adı və onun bilavasitə həyata keçirdiyi siyasətlə bağlıdır. Bunun üçün kifayət qədər ciddi əsas mövcuddur. Bu illər ərzində Azərbaycanda həyatımız günbəgün dəyişir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı Azərbaycanın siması yeniləşir. Azərbaycan möhtəşəm bir yeniləşmə, modernləşmə dövrünü yaşayır. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil. Eyni zamanda insanların düşüncələri dəyişib. Bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxan, özünə daha inamla yanaşan, ölkəsinə daha dərindən bağlılığı ilə seçilən insandır.
Bəli, bugünkü Azərbaycan vətəndaşlarının milli iftixar mənbəyini təşkil edən çoxəsaslı, fundamental amillərin içərisində Azərbaycanın son on üç ildəki möhtəşəm inkişafı dayanır.
Reytinq: