İş vaxtının dəyişdirilməsi tıxaclara necə təsir edə bilər?29-07-2015, 18:25
Çap et Azərbaycanda iş vaxtlarının dəyişdirilməsi yollarda tıxacların azalmasına müsbət təsir göstərə bilər. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.K.Əliyev hesab edir ki, ayrı-ayrı təşkilatlarda işin başlanması və bitməsi müddətlərində fərqin olması nəqliyyat axınının paylanmasına şərait yaradar: “Əlbəttə ki, bu, 15 dəqiqə, yarım saat, bir saat ərzində nəqliyyat axınının paylanması, nəqliyyatın eyni vaxtda sıxlıq yaratmasının qarşısının alınması üçün zəruri amildir”. Qeyd edək ki, bu yaxınlarda Baş nazirin müavini Abid Şərifov mətbuata açıqlamasında iş vaxtının dəyişdirilməsi təklifi ilə çıxış edib: “Biz aidiyyəti qurumlarımızdan xahiş edirik, tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar işə saat 07:30-dan 08:00-dək, dövlət sektoru isə 08:30-dan 09:30-dək başlasın. Bank sektorunda isə iş saat 10:00-dan başlamalıdır”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycanda iş vaxtlarının dəyişdirilməsi yollarda tıxacların azalmasına müsbət təsir göstərə bilər. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.