» » AYİB Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına kömək edəcək


AYİB Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına kömək edəcək

1-03-2018, 13:56
Çap et
AYİB Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına kömək edəcək Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına texniki kömək göstərəcək.
Bunu bankın Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə baş mətbuat katibi Anton Usov deyib.
A.Usov xatırladıb ki, müvafiq niyyət protokolu Azərbaycan Energetika Nazirliyi ilə AYİB arasında 2017-ci ilin sentyabrında bankın prezidenti Suma Çakrabartinin Bakıya səfəri zamanı imzalanıb:
"Bu protokol nazirliyə müstəqil enerji tənzimləyicisinin yaradılmasına kömək göstərilməsini də nəzərdə tutur".
Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq uğurla başlayıb və ötən həftə Avropa Enerji Tənzimləyiciləri Şurası, Niderland, Latviya və Avstriya nümayəndələrinin iştirak etdiyi Avropada enerji məsələlərinin tənzimlənməsi üzrə seminar keçirilib:
"AYİB, öz növbəsində, Azərbaycanda tənzimləyici haqqında qanunun hazırlanmasına, həmçinin Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin potensialının artırılmasına texniki yardım göstərəcək".
Qeyd edək ki, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Bank indiyədək ölkədə 161 layihəyə 2,8 milyard dollardan çox investisiya yatırıb.
Reytinq: