Heqiqet.Az » maraqli » UNICEF: Hər il 12 milyon qız 18 yaşına çatmadan evlənir


UNICEF: Hər il 12 milyon qız 18 yaşına çatmadan evlənir

7-03-2018, 10:34
Çap et
UNICEF: Hər il 12 milyon qız 18 yaşına çatmadan evlənir Son on ildə 18 yaşından əvvəl erkən nikaha girən qızların sayı 15%-ə enib.
Bu barədə UNICEF beynəlxalq təşkilatın yaydığı hesabatda qeyd edilib. Hesabatda bildirilir ki, hər il orta hesabla 12 milyon qız 18 yaşına çatmadan evlənir. Dünyada uşaqlıq dövründə evlənən 650 milyon qadın var.
Hesabatın müəllifləri qeyd edirlər ki, uşaq nikahı ilə mübarizə sahəsində ən əhəmiyyətli uğurlar Cənubi Asiyada əldə olunub və erkən nikahla bağlı göstərici 50%-dən 30%-ə endirilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nigeriya, Çad, Orta Afrika, Banqladeş və Qvineya hələ də uşaq nikahının ən çox qeydə alındığı ölkələr sırasındadır.
Afrikada bu sahədə müəyyən uğurlar əldə olunduğu və nümunə olaraq, Efiopiyada, son on ildə uşaq nikahlarının sayının üçdə bir qədər azaldığı deyilir.
Reytinq: