Ötən il 54 polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb7-03-2018, 10:58
Çap et Daxili işlər orqanlarının şəxsi heyətinin 2017-ci ildəki fəaliyyəti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək 56 polis əməkdaşı və hərbi qulluqçu (3-ü ölümündən sonra) dövlət mükafatı ilə təltif edilib, rəhbər vəzifəli 4 əməkdaş isə ali xüsusi rütbəyə layiq görülüb. Bundan əlavə, cinayətkarlıqla mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində, yanğın hadisələri, yol-nəqliyyat qəzaları və digər ekstremal vəziyyətlər zamanı insanların xilas edilməsində göstərdikləri fədakarlığa, habelə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə DİN-in müvafiq əmrlərinə əsasən 3280 əməkdaşa, o cümlədən 437 nəfərə DİN “Fəxri Fərmanı”, 312 nəfərə “DİO-da əla xidmətlərinə görə” döş nişanı, 1370 nəfərə pul mükafat verilib, 1161 nəfərə digər həvəsləndirmə tədbirləri tətbiq edilib. Bütövlükdə daxili işlər orqanları üzrə 15055 əməkdaş mükafatlandırılıb. O da qeyd olunub ki, ötən il ərzində xidməti vəzifələrini yerinə yetirərkən 54 əməkdaş xəsarət alıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
