Heqiqet.Az » tehsil » Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır


Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır

7-03-2018, 12:47
Çap et
Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır 2017-2018-ci tədris ilində Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır.
Gürcüstanın Milli Statistika İdarəsinin verdiyi məlumata görə, ötən tədris ili ilə müqayisədə qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 41 nəfər çoxdur.
Azərbaycan vətəndaşlarının 501-i Gürcüstanın dövlət, 2190-ı isə özəl ali məktəblərində ali təhsil alır.
Qonşu ölkənin müxtəlif ali məktəblərində ümumilikdə 10 063 xarici ölkə vətəndaşı təhsil alır.
Reytinq: