Heqiqet.Az » tehsil » Sumqayıt Dövlət Universiteti təhsil uğurlarını artırır


Sumqayıt Dövlət Universiteti təhsil uğurlarını artırır

7-03-2018, 14:39
Çap et
Sumqayıt Dövlət Universiteti təhsil uğurlarını artırırBu gün Azərbaycanın bütün bölgələrində olduğu kimi, Sumqayıt şəhərində də ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı misilsiz işlərə böyük önəm verilir, təhsil ən prioritet məsələlərdən biri kimi xarakterizə edilir. Sumqayıt Dövlət Universitetində aparılan təhsil quruculuğu işləri də bu prioritetin bir göstəricisidir.
Universitetin rektoru cənab Elxan Hüseynovun bilavasitə rəhbərliyi altında təhsil ardıcıl qayğı və diqqət altında öz davamlı inkişafına nail olur. Bu da şübhəsiz, onun dövlətimizin apardığı uğurlu siyasətə doğru yanaşma etməsinin örnək səciyyəsidir. Əsas odur ki, universitetdə təhsil işi günün vacib aspektlərindən biri kimi təcəssüm edir. Və adıçəkilən təhsil ocağının bugünkü mənzərəsi müxtəlif rakurslardan çox uğurlu təsir bağışlayır, burada ümumi statistik göstəricilər çox qənaətbəxşdir, təhsil resursları günün reallığına əsaslanır. Rəhbərlik təhsilin lazımi həddə çatması üçün ciddi-cəhdlə çalışır. Cənab rektorun universitetdə apardığı uğurlu və əməli işlər təhsilin inkişaf və perspektivlərini sürətləndirən amillərdir və orada təhsil işi sosial həyatın əsas məğzlərindən hesab edilir. Buna görə istər tələbələr, istərsə də professor-müəllim heyəti təhsil-cəmiyyət məsələlərinə ciddi önəm verirlər. Bunun nəticəsidir ki, son illər Sumqayıt Dövlət Universitetində təhsilə yanaşma işi sürətli canlanma ilə müşayiət olunur. Sumqayıt Dövlət Universiteti təhsil uğurlarını artırır Əlbəttə, hər hansı bir işin başında duran kimdirsə, iş də odur. Bu mənada Elxan müəllimin Sumqayıt təhsilindəki uğuru artıq digər ali məktəblərə də sirayət etməkdədir. O, demək olar ki, şəhərdə təhsillə bağlı bütün məsuliyyəti öz üzərinə götürüb, tələbələrin təhsilə aid çətinliklərinə mərd-mərdanə sinə gərir və bu sahəyə dair digər proseslərin həllində bacarıq nümayiş etdirir.
Bəllidir ki, son illər Sumqayıt təhsilində də böyük quruculuq işləri aparılıb. Bu gün universitetdə qazanılmış nailiyyətlərin standartlar çərçivəsində olması görülmüş işlərin, həyata keçirilmiş tədbirlərin bariz nümunəsidir.
Bəli, Sumqayıt təhsil işi öz inkişafını gündən-günə sürətləndirir. Bu istiqamətdə şəhər rəhbərliyinin və cənab Elxan Hüseynovun məxsusi rolu var. Məhz Elxan müəllimin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə aidiyyatı təhsil ocağında yenidənqurma işləri sürətləndirilib, yeni standartların təhsilə inteqrasiyası, təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu da tələbələrin daha yaxşı oxumasına, onların təhsil işinə daha yaxından bələd olmalarına zəmin yaradır.
Xatırladaq ki universitetdə tez-tez ictimai əhəmiyyətli tədbirlərə start verilir, elmi-praktik konfranslar keçirilir, dəyirmi masalar təşkil olunur.
Bir sözlə, bu kimi işlər Sumqayıt təhsilindəki inkişafa işarədir. Bu inkişafın sürətlənməsində əllərindən gələni əsirgəməyənlərə uğurlar diləyir, möhkəm cansağlığı arzulayırıq.

İlkin Əzizxanoğlu
Reytinq: