Heqiqet.Az » hadise » Polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya çatdırıldı


Polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya çatdırıldı

9-03-2018, 12:11
Çap et
Polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya çatdırıldı Goranboyda polis əməkdaşı ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb.
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşı 1990-cı il təvəllüdlü Əhmədov Alim Nəriman oğlu bu gün ağır bədən xəsarətləri ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Daha sonra o, Gəncədəki özəl klinikaların birinə aparılıb.
Öncə polisin rayonun Qaraçinar kəndi ərazisində avtomobil tərəfindən vurulduğu bildirilsə də, Xocalı rayon Polis Şöbəsindən A. Əhmədovun ehtiyatsızlıq nəticəsində yıxılaraq xəsarət aldığı bildirilib.
Reytinq: