Heqiqet.Az » dunya » Cənubi Koreya rəsmiləri Yaponiya, Çin və Rusiyada müzakirələr aparacaqlar


Cənubi Koreya rəsmiləri Yaponiya, Çin və Rusiyada müzakirələr aparacaqlar

12-03-2018, 10:47
Çap et
Cənubi Koreya rəsmiləri Yaponiya, Çin və Rusiyada müzakirələr aparacaqlar Cənubi Koreya rəsmiləri koreyalararası danışıqlar və ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla planlaşdırılan görüşü barədə müzakirələr aparmaq üçün Yaponiyaya, Çinə və Rusiyaya yola düşüblər.
Cənubi Koreya Milli Təhlükəsizlik İdarəsinin rəisi Çen I Yon və Milli Kəşfiyyat İdarəsinin rəisi So Xun Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşdən sonra martın 11-də Seula qayıdıblar.
Bu gün isə So Xun Yaponiyanın xarici işlər naziri Taro Kono və Baş nazir Şinzo Abe ilə görüşlər keçirmək üçün Tokioya gəlib.
Çen I Yonun Çinə yollandığı, oradakı görüşlərdən sonra Rusiyaya gedəcəyi bildirilir.
Cənubi Koreya rəsmilərinin həmin görüşlərdə qarşı tərəfləri koreyalarası müzakirələr və ABŞ -da keçirilən görüşlər, aparılan danışıqlar barədə ətraflı məlumatlandıracaqları gözlənilir.
Reytinq: