Heqiqet.Az » idman » İstanbulda formal oyun, "Barselona" "Çelsi"ni qəbul edir


İstanbulda formal oyun, "Barselona" "Çelsi"ni qəbul edir

14-03-2018, 12:57
Çap et
İstanbulda formal oyun, "Barselona" "Çelsi"ni qəbul edir Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Son gündə İngiltərə çempionu "Çelsi” səfərdə İspaniya nəhəngi "Barselona” ilə üz-üzə gələcək.
Digər görüşdə isə Türkiyə çempionu "Beşiktaş” səfərdə böyük hesabla uduzduğu Almaniya nəhəngi "Bavariya” ilə qarşılaşacaq.
Xatırladaq ki, "Real” (İspaniya), "Yuventus” (İtaliya), "Liverpul” (İngiltərə), "Mançester Siti” (İngiltərə), "Roma” (İtaliya) və "Sevilya” (İspaniya) klubları artıq 1/4 finala vəsiqəni təmin ediblər.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
14 mart
21:00. "Beşiktaş” - "Bavariya” (İlk oyun 0:5)
23:45. "Barselona” - "Çelsi” (İngiltərə) (İlk oyun 1:1)
Reytinq: