Heqiqet.Az » dunya » Tramp daha iki nəfəri işdən çıxarmağa hazırlaşır


Tramp daha iki nəfəri işdən çıxarmağa hazırlaşır

14-03-2018, 13:03
Çap et
Tramp daha iki nəfəri işdən çıxarmağa hazırlaşır ABŞ prezidenti Donald Tramp Reks Tillersondan sonra daha iki nəfəri vəzifədən kənarlaşdırmağı düşünür. Bu barədə "New York Times" məlumat yayıb.
Nəşrin yazdığına əsasən, Tramp Administrasiyasını ən qısa zamanda tərk edəcək adlar arasında prezidentin milli təhlükəsizlik məsələri üzrə müşaviri Herbert Raymon Makmaster və ABŞ-ın veteran işləri üzrə naziri Devid Şulkin adları hallanır.
Buna qədər Ağ Ev rəhbəri ölkənin XİN rəhbəri Reks Tillersonu istefaya göndərib. Tillersonun istefa səbəbi onun İran mövzusunda Trampla fikir ayrılığına düşməsi, prezidenti verdiyi vədləri yerinə yetirməməkdə ittiham etməsi və hökumət adından bir neçə şəxsin danışmasını tənqid etməsi olub.
Reytinq: