Heqiqet.Az » dunya » Əhmədinejadın köməkçisinə şallaq vurulacaq?


Əhmədinejadın köməkçisinə şallaq vurulacaq?

14-03-2018, 13:06
Çap et
Əhmədinejadın köməkçisinə şallaq vurulacaq? İranın sabiq prezidenti Mahmud Əhmədinejadın köməkçisi Həmid Bəqayi həbs olunub. Bu barədə ictimaiyyətə Tehran Ədliyyə İdarəsinin rəsmi internet səhifəsi məlumat yayıb.
Bildirilir ki, korrupsiya ittihamı ilə mühakimə olunan Həmid Bəqayi barəsində qərarı Apellyasiya Məhkəməsinin qüvvədə saxlanmasından sonra sabiq prezident köməkçisi həbs edilib.
Buna qədər Tehran Ədliyyə İdarəsinin rəhbəri Qulam Hüseyn İsmaili mətbuata bildirmişdi ki, Əhmədinejad dönəmində prezident köməkçisi olan Həmid Bəqayi barəsində 15 il həbs və şallaq cəzası çıxıb.
Reytinq: