Bakıda İran-Azərbaycan son razılaşmalarının icrası ilə bağlı danışıqlar aparılacaq4-04-2018, 11:46
Çap et Bunu Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun həmsədri Salman Xudadadi deyib. O bildirib ki, hazırda İran-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun iranlı üzvlərinin Azərbaycana səfəri üçün hazırlıq görülür. “Bazar ertəsi Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun həmsədri Vasif Talıbovla telefon danışığımız olub. Danışıq zamanı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb”. S. Xudadadi qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur: “Dünyanın heç bir yerində Azərbaycan və İran qədər tarixi, mədəni, dini oxşarlığı olan, eləcə də əməkdaşlıq üçün bu kimi potensiala malik ölkələr yoxdur. İki qonşu ölkənin bir neçə şəhəri, o cümlədən Astara, Biləsuvar, Culfa kimi şəhərlər həm İranda, həm də Azərbaycanda eyni ad daşıyır. Ümumiyyətlə iki ölkənin arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur”. O deyib ki, iki ölkə arasında köklü siyasi əlaqələrin qurulması dərin iqtisadi əlaqələrin nəticəsidir: “Düşünürəm ki, iki ölkə iqtisadi əlaqələri daha da genişləndirməlidir ki, siyasi əlaqələr də davamlı olsun. Bu gün siyasi münasibətlər iqtisadi maraqlar əsasında tənzimlənir”. S. Xudadadi deyib ki, İran xalqı həmişə Azərbaycan xalqının yanında olub: “Bu gün iki ölkə vətəndaşları arasında qardaşlıq və dostluq münasibəti mövcuddur”. Neftçalada Azərbaycan-İran birgə avtomobil zavodunun açıldığını deyən S. Xudadadi bunu yaxşı hal kimi dəyərləndirərək, qeyd edib ki, zavod keyfiyyətli avtomobillər istehsal edərək müştərilərini razı salmalıdır. O həmçinin bildirib ki, bu gün İran Azərbaycanda tibbi sahədə xidmətlər göstərmək üçün geniş imkanlara malikdir və dərman preparatlarının istehsalı Azərbaycanla əlaqələrin inkişafı üçün daha bir sahə ola bilər. Süleyman Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
