Azərbaycanın Gürcüstandakı səfirliyi 9 aprel qurbanlarının xatirəsini yad edib9-04-2018, 11:17
Çap et Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirliyin əməkdaşları hadisə qurbanlarının xatirəsini yad ediblər. Səfirliyin adından Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısında yerləşən 9 aprel qurbanlarının xatirəsinə həsr olunmuş memorial abidənin önünə gül dəstələri qoyulub. Qeyd edək ki, Gürcüstanda aprelin 9-u Müstəqilliyin bərpası günü kimi qeyd olunmaqla yanaşı, azadlıq tələbi ilə keçirilən kütləvi mitinqin qurbanları da yad edilir. Dinc mitinqin sovet qoşunları tərəfindən amansızcasına dağıdılması nəticəsində əksəriyyəti qadın olmaqla, 21 nəfər həlak olub, on minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
