Heqiqet.Az » idman » Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək


Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək

17-04-2018, 10:57
Çap et
Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.
AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, iyunun 5-də Astana şəhərində Qazaxıstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.
U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.
Reytinq: