ADU-da “Düzgün istinad et və plagiata yol vermə: Harvard istinad sistemi ilə tanışlıq” mövzusunda tədbir keçirilib18-04-2018, 14:18
Çap et ADU-dan verilən məlumata görə, tədbirdə təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların əməkdaşları, fakültənin tələbələri iştirak ediblər. Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Könül Hacıyeva mövzu ilə bağlı təqdimatla çıxış edib. O, plagiat, istinadetmə anlayışları, plagiatdan yayınma yolları, istinadetmə zamanı qarşıya çıxan problemlər, onların aradan qaldırılması yolları və Harvard istinad sistemi haqqında məlumat verib. Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və belə tədbirlərin silsilə şəklində keçirilməsinin vacibliyini vurğulayıb. Təlimdə innovasiyalar kafedrasının müdiri dosent Aytən Bayramova növbəti tədbirin yaxın günlərdə ADU-nun magistratura şöbəsinin tələbələri üçün keçiriləcəyini qeyd edib. Tədbir interaktiv şəkildə davam edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
