Nazir əmr imzaladı - Bu uşaqların siyahısı hazırlanacaq18-04-2018, 14:23
Çap et Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva məlumat verib. A. Əliyeva bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı 16 aprel 2018-ci il tarixli 26 saylı əmrdə aprelin 23-dən 29-dək respublikanın bütün şəhər və rayonlarında immunlaşdırma həftəsinin keçirilməsi müəyyən edilib: "Bütün səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəbə görə,peyvənddən kənarda qalan uşaqların bu həftə ərzində vaksin edilməsi nəzərdə tutulub. Həm səhiyyə şöbələri, həm də GEM mərkəzləri tərəfindən peyvənddən kənarda qalan uşaqların siyahısı hazılanacaq, onların peyvəndə dəvət edilməsi ilə bağlı işlər görüləcək. Peyvənd məntəqələrinin işçiləri ilə GEM tərəfindən görüşlərin, maarifləndirmə işlərinin aparılması da nəzərdə tutulub. İmmunlaşdırma həftəsi ərzində aparılan işlər Respublika GEM-nə təhvil verildikdən sonra bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
