Erməni silahlı bölmələrinin yaraladığı Ağcabədi sakininin vəziyyəti ağırdır18-04-2018, 18:34
Çap et AZƏRTAC-ın bölgə müxbiri Ağcabədi Mərkəzi Rayon Xəstəxanasında olub, yaralı kənd sakininin vəziyyəti ilə maraqlanıb. Rahim Hacıyevın əmisi Natiq Hacıyev bildirib ki, qardaşı oğlu özünün pay torpağında işləyərkən, mal-qarasını otararkən erməni hərbçilərinin atəşinə məruz qalıb. "Rahimin yaralandığını eşitdikdən sonra tez ora yollandım. Onu maşınımla rayon mərkəzi xəstəxanasına gətirdim. Xəstəxanada həkimlərin səyi nəticəsində qardaşım oğlunun həyatı xilas olundu, indi tibb işçilərinin nəzarəti altındadır. Bu, kəndimizdə yaşanan birinci belə hadisə deyil. Erməni hərbçiləri tez-tez bizi hədəf alır, təsərrüfat işləri ilə məşğul olmağa imkan vermirlər. Buna baxmayaraq, biz öz ordumuza güvənərək, doğma torpağımızda yaşayırıq”, - deyə Rahim Hacıyevın əmisi qeyd edib. Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Bağırov yaralının vəziyyəti barədə məlumat verərək bildirib ki, güllə yarası ilə xəstəxanaya çatdırılan Rahim Hacıyev müayinələrdən keçirildi, analizlər götürüldü: "Xəstə təcili əməliyyat olundu. Müayinə zamanı aşkarlandı ki, güllə xəstənin sağ tərəfdən döş qəfəsindən daxilə keçib. Güllənin 12-ci döş fəqərəsi ilə 1-ci bel fəqərəsi arasında olduğu müəyyən edildi. Güllə döş və qarın aortasının arxa səthində, onurğanın ön səthində sümüyə sirayət edib. Vacib orqanların əhatəsində olduğu üçün gülləni çıxarmaq mümkün olmadı. Cərrahiyyə əməliyyatı zamanı içəri sirayət etmiş qan təmizləndi, ağ ciyərin aşağı hissəsi təmizlənərək tikildi və ağ ciyərin germetikliyi təmin edildi. Hazırda xəstə reanimasiya şöbəsindədir və vəziyyəti ağır qiymətləndirilir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
